Pleyeri seçin:

Ermənistanda Qərbi Azərbaycan torpaqlarının Azərbaycan ərazisi olduğu qeyd edilən xəritələr yayılır

12 sentyabr 2024 135 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet efirə gedib.

“Mühacir hökumət ideyası Ermənistanı lərzəyə gətirdi” adlı süjetdə Qərbi Azərbaycan İcmasının mühacirətdə hökumətin yaradılması təşəbbüsü ilə çıxış etməsinin Ermənistanda ciddi qorxulara səbəb olmasından bəhs edilir.

Bildirilir ki, Qərbi Azərbaycan torpaqları hesabına yaradılan indiki Ermənistanın əraziləri hadisələrin inkişafında ən yaxşı halda XX əsrin əvvəlində mövcud olan 9-10 min kvadratkilometrə qədər azalacaq, ən pis halda isə bu dövlət coğrafiyadan silinəcək:

“Ermənilər bunu yaxşı anlayırlar və qorxularının kökündə məhz inkar etməyə çalışdıqları Qərbi Azərbaycan reallığı, Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması zərurəti dayanır”.

Qeyd olunur ki, Ermənistanda Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması təşəbbüsünü bu ölkəyə qarşı ərazi iddiası kimi qiymətləndirirlər:

“Bu, beynəlxalq ictimai rəyi yanlış yönləndirmək və azərbaycanlıların geri qayıdış hüququnun qarşısını almaq məqsədi daşıyır. Əslində, mühacirətdə hökumətin yaradılmasının başlıca prioriteti 1 milyon azərbaycanlı qaçqının öz doğma yurdlarına qayıdış hüququnun təmin edilməsi ola bilər və beynəlxalq hüquq bunu təsbit edir. Ermənistan beynəlxalq hüququn subyekti olaraq bunu təmin etməyə borcludur”.

Süjetdə erməni politoloq Beniamin Matevosyanın fikirlərinə də yer verilir. Onun sözlərinə görə, Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması baş verəcək və bu, Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyinin nəticəsidir:

“Rəsmi Bakı azərbaycanlıların geri qayıdışını, yəni Ermənistanda məskunlaşmalarını tələb edir. Bəllidir ki, bu qayıdış reallaşandan sonra azərbaycanlılar üçün ən yüksək səviyyədə özünüidarəetmə strukturunun yaradılması tələbi irəli sürüləcək”.

Diqqətə çatdırılır ki, Qərbi Azərbaycan mühacirət hökuməti gündəmə gələndən sonra Ermənistanda bu ölkənin ərazisinin 10 min kvadratkilometr olduğunu əks etdirən xəritələr tirajlanır.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 135 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 135 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 135 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 135 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 135 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 135 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 135 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 135 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 135 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 135 baxış
Seçilmişlər
icon