Pleyeri seçin:

Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri azad edilir

07 dekabr 2023 349 baxış

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

Açıqlamada deyilir: “Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq Azərbaycan 32 erməni hərbçini azad edir. Ermənistan öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

Banner
Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Siyasət
12 oktyabr 2026 349 baxış
Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Siyasət
12 oktyabr 2026 349 baxış
Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Siyasət
12 oktyabr 2026 349 baxış
"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

Siyasət
12 oktyabr 2026 349 baxış
Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Siyasət
12 oktyabr 2026 349 baxış
Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Siyasət
12 oktyabr 2026 349 baxış
Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Siyasət
12 oktyabr 2026 349 baxış
İlham Əliyev sülhün və təhlükəsizliyin əsas şərtlərini açıqladı - Baku TV

İlham Əliyev sülhün və təhlükəsizliyin əsas şərtlərini açıqladı - Baku TV

Siyasət
12 oktyabr 2026 349 baxış
İlham Əliyev Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlığın perspektivini açıqladı - Baku TV

İlham Əliyev Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlığın perspektivini açıqladı - Baku TV

Siyasət
12 oktyabr 2026 349 baxış
"Uşaqlarına himni öyrətməyə qarşı çıxanlar..." | İrandan ideoloji suverenliyimizə qarşı təhdid

"Uşaqlarına himni öyrətməyə qarşı çıxanlar..." | İrandan ideoloji suverenliyimizə qarşı təhdid

Siyasət
12 oktyabr 2026 349 baxış
Seçilmişlər
icon