Ermənistandan Azərbaycana qarşı növbəti riyakarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan növbəti dəfə Azərbaycana qarşı ərazi iddiasından heç də əl çəkmədiyini ortaya qoyub.
Ermənistan “Şuşa texnologiya universiteti”nə lisenziya verib və onun fəaliyyətinin 1 sentyabrdan bərpa edilməsinə şərait yaradıb.
Bu “universitet” orta ali təhsil verəcək, yəni universitet deyil, kollecdir, buna baxmayaraq, “Şuşa texnologiya universiteti” kimi qeydə alınmasının özü siyasi addımdır.
Bir yandan Bakı ilə sülh sazişinin vacibliyindən danışan İrəvanın bu addımı qeyri-səmimi olduqlarının daha bir sübutudur. Hətta bu “məktəbin” müəllimi və jurnalist olduğunu bildirən Nairi Oxikyan bunu vaxtilə Qarabağda yaşayan mütəxəssislərin işlə təmin olunacaqları, bir yerdə olacaqları və “böyük qayıdış”a hazırlıq kimi qələmə verib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
