Ermənistandan Rusiyaya daha bir zərbə
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Haaqa Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order verəndən sonra bəzi dövlətlər məhkəmənin qərarına müxtəlif şəkildə reaksiya veriblər.
Ermənistanın məhkəmənin qərarı ilə bağlı sərgilədiyi mövqe isə xüsusi ilə yadda qalıb. Bu ölkənin Konstitusiya Məhkəməsi qərarı ədalətli və qanunvericiliyə uyğun hesab edib. Təbii ki, Ermənistanın Rusiya liderinin həbsi ilə bağlı qərarı dəstəkləməsi xəyanətdən başqa bir şey deyil. Rəsmi Moskva isə sətiraltı da olsa, İrəvanla bağlı ölçü götürəcəyini açıqlayıb.
Sirr deyil ki, Ermənistan uzun illər Rusiyanın forpostu olub və onun himayəsi altında barbar siyasətini həyata keçirib. Lakin mövcud hakimiyyətin Qərbyönümlü olması bu ölkəni siyasətində korrektələr etməyə məcbur edib. Nikol Paşinyanın hər fürsətdə Kremlə “badalaq” gəlməsi də bunun göstəricisidir. Elə bu ölkənin V.Putinin həbsini ədalətli hesab etməsi də yeni havadarlarına yarınmaq, dolayısı ilə Rusiyaya daha bir zərbə vurmağa hədəflənib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
