Ermənistanın aldığı bu təyyarələr 44 günlük müharibədə niyə havaya qalxmadı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamentinin spikeri Alen Simonyan podkast müsahibəsində ölkənin “Su-30SM" qırıcılarını niyə aldığına dair uzun illərdir davam edən mübahisələrə cavab verib.
Simonyanın sözlərinə görə, bu qırıcıların alınması siyasi rəhbərliyin şəxsi qərarı yox, Müdafiə Nazirliyinin Baş Qərargahının rəsmi tələbi əsasında həyata keçirilib:
“Müdafiə Nazirliyinin Baş Qərargahı “Su-30SM”lərin müdafiə məqsədi ilə alınmasını yazılı şəkildə istəyib. Siz nə düşünürsünüz, Baş nazir və ya hökumətdə kimsə təyyarəni görüb “vau, nə gözəldir, gəlin bir “Su-30SM” alaq” deyə qərar verə bilərdi?”.
A.Simonyanın bu sözləri İrəvanda yeni müzakirələrə səbəb olub. Ermənistan cəmiyyəti hələ də sual edir: ölkə milyonlarla dollar dəyərində qırıcılar aldığı halda, 44 günlük müharibədə bu təyyarələr niyə havaya qalxmadı?
Simonyanın açıqlaması isə məsuliyyətin hökumətdən çox Baş Qərargaha yönəldildiyi görüntüsü yaradır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
