Ermənistanın dövlətçilik ideologiyası kimlərə qarşı qurulub?
“Levon Ter-Petrosyanın “Yerkrapa” terror qruplaşması qarşısında 1993-cü ilin 23 iyulunda etdiyi çıxışın üzə çıxması çox vacib dəlildir”.
Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın etirafları haqda danışarkən deyib.
Politoloq bildirib ki, Azərbaycan və dünya ictimaiyyəti bu mövzunu araşdırmalıdır:
“Ermənistanın bu münaqişəyə hansı məqsədlərlə başladığını dünya görməlidir. Ermənistanın dövlətçilik ideologiyası türklərə qarşı qurulub, hətta Levon Ter-Petrosyanın etirafında saydığı “uğurları” sübut edir ki, onlar faşist-millətçilik ideologiyası ilə hərəkət ediblər.
Xatırlayırsınızsa, vaxtilə Ermənistanın ikinci prezidenti Robert Köçəryan da parlamentdə çıxışında bildirmişdi ki, azərbaycanlılarla ermənilər “genetik baxımdan” bir yerdə yaşaya bilməzlər. Elə bu fikir də faşist yanaşmanın təzahürüdür. Ancaq o bəyanata fikir verən olmadı. Düşünürəm ki, həmin məsələ ilə bağlı Ermənistan tərəfi ictimaiyyət üçün müzakirələr yaratmağa məcburdur. Biz də həmin müzakirələrin nəticələrini gözləyirik”.
Qeyd edək ki, bir müddət əvvəl yutuber Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı aqressivliyi ilə fərqlənən “Yerkrapa” terror qruplaşması qarşısında etdiyi çıxışı yayıb. Bu çıxışda Levon Ter-Petrosyan azərbaycanlıları silah gücü ilə öz yurd-yuvalarından qovduqlarını açıq etiraf edib.
#Ermənistan teqi istifadə olunub
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
- Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- Ermənistanın baş naziri Hessen Sülh Mükafatına layiq görülüb - ANA XƏBƏR
