Ermənistanın iddiaları alt-üst oldu: Qərbi Azərbaycana qayıdış qaçılmazdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Ermənistan pasportlarında müəmmalı “070” kodu nəyi bildirir?” adlı süjetdə rəsmi İrəvanın azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini gündəmdən çıxarmaq üçün dezinformasiya kampaniyasını rəsmi səviyyədə davam etdirməsinə, bu kontekstdə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın son açıqlamasına yer verilib.
Bildirilib ki, rəsmi İrəvan qərbi azərbaycanlıların qayıdışını inkar edir, əvəzində Qarabağdan çıxan ermənilərin yenidən Azərbaycan ərazisinə köçməsi məsələsini ön plana çıxarmağa cəhd göstərir:
“Ermənistan hakimiyyəti bu hədəflərinə nail olmaq məqsədilə “feyk-nyus” siyasəti yürüdür, diplomatik və hüquqi fırıldağa əl atır. “Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı danışıqlar mövzusu deyil” deyən rəsmi İrəvan diplomatik fırıldaqla sülh danışıqlarının mahiyyətini təhrif etməyə cəhd göstərir”.
Qeyd olunur ki, erməniləri Qarabağdan çıxaran rəsmi İrəvan onları qondarma “qaçqın” adlandırır və havadarlarının dəstəyi ilə bu məsələni beynəlxalq müstəvidə “saqqız kimi” çeynəməklə məşğuldur:
“Bununla Azərbaycana təzyiq etmək və Qərbi Azərbaycana qayıdış perspektivinə qarşı “alternativ gediş” hazırlamaq istədikləri aydındır. Bu məqsədlə beynəlxalq hüququ təhrif edir, hüquqi fırıldağa əl atır”.
Diqqətə çatdırılır ki, Qarabağdan Ermənistana qayıdan ermənilərin “qaçqın” statusu daşıması beynəlxalq hüquqla mümkün deyil və 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında qaçqın belə təsnif edilir:
“İrqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxs”. Bu konvensiya BMT sənədlərinə də daxil edilib və beynəlxalq hüquqda “qaçqın statusu” ala biləcək şəxslərə aid edilir.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
