Ermənistanın revanşist fəaliyyətlərinə göz yumulur | Lal və kor prinsipi ilə işləyən müşahidəçilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-Ermənistan şərti sərhədində əsgərlərimizin özləri təhlükəsizliyi təmin edir, müşahidələr aparır və əməliyyat şəraitini daim nəzarətdə saxlayırlar.
Ermənistan tərəfində isə vəziyyət fərqlidir. Haylar sərhədyanı ərazilərdə müşahidələri Avropa İttifaqının “sülh missiyası”na həvalə edib. Sözdə barış elçiləri tez-tez mövqelərimizin qarşısında peyda olur və “binokl diplomatiyası” həyata keçirirlər.
Sözügedən missiya birmənalı olaraq qərəzli fəaliyyət göstərir. Sülhün təmin olunmasına, sabitliyin qorunmasına xidmət etməli olan müşahidəçilər işlərini lal-kar, kor prinsipi əsasında icra edirlər.
Onlar burunlarının dibində Ermənistanın tikdiyi hücum istehkamlarını, bunkerləri görməzliyə vuraraq şərti sərhədin o tayından Azərbaycan ərazisinə boylanırlar.
Bu da səbəbsiz deyil. Başda mülki missiya adlandırılan fəaliyyət artıq hərbi məqsədlər həyata keçirir. Bu sülhə töhfə vermək əvəzinə regiona yeni münaqişə toxumları səpir. Məsuliyyət isə Ermənistan və havadarlarının üzərinə düşür.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
