Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib.
Bu barədə o, Finlandiyanın “Lännen Media” informasiya agentliyinə müsahibəsində deyib.
A.Mirzoyan bunu münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi qiymətləndirib.
“Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii ki, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir, sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır”, – deyə erməni nazir bildirib.
Kommunikasiyaların açılması məsələsinə toxunan A.Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər.
“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmiryolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”, – deyə A.Mirzoyan əlavə edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
