Əslən azərbaycanlı olan siyasətçinin namizədliyi təsdiq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları artıq açıqlanıb.
Ölkənin Ali Seçki Şurası prezidentliyə namizəd olmaq istəyənlər üçün tələb olunan 100 min imzatoplama prosesinin yekunlaşdığını bildirib.
Bu müddət ərzində 11 nəfərdən yalnız ikisinin – Məmləkət Partiyasının sədri Muharrem İnce və ATA İttifaqının namizədi Sinan Oğanın 100 mindən çox imza toplaya bildiyi açıqlanıb. CHP sədri Kemal Kılıçdaroğlu və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini partiyalar irəli sürdüyü üçün onların imza toplamalarına ehtiyac olmayıb.
Türkiyə prezidenti olmaq üçün yetərli sayda imza toplayan iki namizəddən biri Sinan Oğan əslən azərbaycanlıdır. O, 1967-ci il sentyabrın 1-də İğdırın Mələkli qəsəbəsində azərbaycanlı ailəsində dünyaya gəlib. Mərmərə Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini və həmin universitetdə magistratura pilləsini bitirib. Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində doktorantura təhsili alıb.
Türkiyə parlamentinin keçmiş deputatı 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və dekan müavini vəzifələrində işləyib. Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. Türkiyə-Azərbaycan Parlament Dostluq Qrupunun baş katibidir.
#Türkiyə teqi istifadə olunub
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
