Əziz Ələkbərlidən dairələrin ayrı-seçkiliyinə sərt tənqid
Yeniliklərdən dərhal xəbərdar olun
“Özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələr Ümumdünya İnsan Hüquqları üzrə Bəyannamə ilə tanınan qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə səlahiyyət uydurublar”.
Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
O qeyd edib ki, bəzi dairələrin ikiüzlülüyü və ikili standartları qaçqın və məcburi köçkünlər kimi sırf humanitar mövzudan yan keçmir.
“Biz belə ayrı-seçkilik cəhdlərini qətiyyətlə rədd edirik və dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, insanların bütün hüquqlarının bərabərliyi prinsipinin aliliyini vurğulayırıq. Bu mənada, Qərbi Azərbaycan İcması öz səyləri ilə, o cümlədən, bu beynəlxalq konfransı təşkil etməklə təkcə öz məsələsini gündəmə gətirmək istəmir. Beynəlxalq aləmdə qaçqınların və məcburi köçkünlərin qayıdış hüququ məsələsinə ikili standartlar olmadan, etnik və dini ayrı-seçkilik etmədən və xəbis siyasi mülahizələrdən kənar şəkildə baxılmasına töhfə vermək istəyir”, – Ə.Ələkbərli bildirib.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
