Fələstinin tanınması enerji və təhlükəsizlik balansına necə təsir edəcək? | AKTUAL GÜNDƏM
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstin dövlətinin rəsmən tanınması dalğası beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Baku TV-nin "Aktual Gündəm" verilişində bu tarixi qərarın yalnız siyasi deyil, həm də qlobal enerji marşrutları və təhlükəsizlik arxitekturasına mümkün təsirləri dərindən təhlil olunur. Ekspertlər qeyd edirlər ki, regionda sülhün bərpası və müstəqil Fələstin dövlətinin qurulması Yaxın Şərqin enerji resurslarının dünya bazarına daha stabil çıxışına və yeni logistik dəhlizlərin təhlükəsizliyinə zəmin yarada bilər. Eyni zamanda, bu prosesin bölgədəki hərbi balansın dəyişməsinə, İsrail və ərəb dünyası arasındakı münasibətlərin yeni müstəviyə keçməsinə necə təsir edəcəyi barədə maraqlı proqnozlar təqdim edilir.
#Fələstin teqi istifadə olunub
