Fərid Şəfiyevdən Azərbaycan-Özbəkistan əlaqələri barədə mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“30 il ərzində Azərbaycan ilə Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb və bu əlaqələr yüksək strateji səviyyədədir”.
Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
Onun sözlərinə görə, xüsusilə son dövrlər bu əlaqələr daha da sıx inkişaf edir:
“Bizi etnik, dil, eləcə də tarix baxımdan birləşdirən tarixi köklər var. Son illər Rusiya-Ukrayna müharibəsi, habelə beynəlxalq aləmdə və regionda baş verən qlobal əhəmiyyətli hadisələr bu münasibətlərin daha da inkişafını zəruri edir. İqtisadi əməkdaşlığın fundamental cəhətdən inkişafı çox vacib elementdir. Bunun üçün isə sərhəd və gömrük sektorlarında bəzi təkmilləşdirmələrin aparılması zəruridir”.
Fərid Şəfiyev bildirib ki, bu il Naxçıvan müqaviləsinin bağlanmasının 15 ili tamam olur. Vaxtilə 4-5 ölkənin iştirakı ilə başlanan bu platforma artıq daha geniş coğrafi arealı əhatə edən bir formata çevrilib.
“Həm Azərbaycan, həm də Özbəkistan zəngin alternativ enerji ehtiyatlarına malikdir. Hesab edirəm ki, bizim hər iki dövlət olaraq əsas məqsədimiz bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi olmalıdır”, – deyə o qeyd edib.
#Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi teqi istifadə olunub
- Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub
- BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi
- Türkiyə-Ermənistan sərhədində təmir işləri aparılır
- Fərid Şəfiyev regionda aranı qarışdırmaq istəyənlərdən danışdı - Baku TV
- Bakıda keçirilən konfransda nələr müzakirə edildi? - Baku TV
