Pleyeri seçin:

Fransa ilə imzalanan sənəd qüvvədən düşdü | İsmayıllı İcra Hakimiyyəti bəyanat yaydı

28 dekabr 2023 595 baxış

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.

Bildirilir ki, 2015-ci ilin mayında İsmayıllı və Evian-Le Ba şəhərləri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Məqsəd iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub.

2017-ci ildə Evian şəhərdə “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilib. Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilib.

Bəyanatda deyilir ki, “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirib, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırıb. 2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edir və “Azərbaycan Bağı” ilə bağlı qərarı pisləyir.

“Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə, “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26 dekabr 2023-cü il tarixindən qüvvədən düşmüş hesab edilsin. Həmçinin İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın”, – deyə yayılan bəyanatda deyilir.

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 595 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 595 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 595 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 595 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 595 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 595 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 595 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 595 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 595 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 595 baxış
Seçilmişlər
icon