Fransa səfiri XİN-ə çağırıldı
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
“Trend.az”ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfirdən son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxan açıqlamalarla bağlı izahat verilməsi istənilib. Diplomatın diqqətinə çatdırılıb ki, Fransa tərəfi E.Makronun adından verilən bu açıqlamalara aydınlıq gətirməlidir.
Belə ki, Daşnaksütun və erməni lobbisinin nümayəndələri mediaya açıqlamalarında E.Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Qarabağ məsələsində N.Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağı kimi fikirlər səsləndiriblər. Diplomat cavabında bu məsələdən məlumatsız olduğunu bildirilib.
Məlumata görə, Azərbaycan tərəfi rəsmi Parisdən E.Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakının diplomatik müstəvidə müvafiq addımlar atacağı istisna deyil.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
