Pleyeri seçin:

Fuad Nəcəfli: Azərbaycan-Türkiyə əməkdaşlığı yeni inkişaf mərhələsindədir

27 oktyabr 2023 561 baxış

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni reallıqlar bir daha təsdiq edir ki, Azərbaycan-Türkiyə qardaşlığı regionda sabitliyin əsas təminatıdır”.

Bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Bir millət, iki dövlət” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ortaq kök, dil və din birliyi ilə yanaşı, qarşılıqlı maraqlara xidmət edən ikitərəfli siyasi münasibətlər və strateji tərəfdaşlıq da ölkələrimiz arasındakı əlaqələrin mahiyyətini tam ifadə edir.

“Hazırda Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsindədir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf etdirilir.

Bunların davamı kimi ötən ay – sentyabrın 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Naxçıvanda görüşməsi, Iğdır-Naxçıvan Qaz Kəmərinin təməlinin qoyulması və həyata keçirilən digər tədbirlər də mühüm tarixi hadisəyə çevrildi”, – F.Nəcəfli vurğulayıb.

İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
22 sentyabr 2026 561 baxış
İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 561 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 561 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 561 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 561 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 561 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 561 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 561 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 561 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 561 baxış
Seçilmişlər
icon