Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV
Ombudsman Aparatı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır cinayətlərə görə məhkum edilən bəzi erməniəsilli şəxslərlə bağlı yayılan iddiaları “əsassız” adlandırıb.
Ombudsman Aparatının Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla istintaq və məhkəmə prosesləri zamanı, həmçinin məhkumluq dövründə görüşlər keçirilib. Onların hüquqları, saxlanma şəraiti və onlarla rəftar mütəmadi monitorinq olunub.
Açıqlamaya görə, monitorinqlər beynəlxalq standartlara uyğun aparılıb. Məhkumlara hüquqları ana dillərində izah edilib, səhhətləri yoxlanılıb, onların müraciətləri araşdırılıb və müxtəlif nəşrlərlə təmin olunublar.
Aparat həmçinin bildirib ki, məhkumların “916” Çağrı Mərkəzinə müraciət etmək, ailələri ilə telefon əlaqəsi saxlamaq, idmanla məşğul olmaq və gəzinti imkanları var. Notariat və tibbi xidmətlərlə bağlı müraciətlərin də qanunvericiliyə uyğun təmin edildiyi qeyd olunub.
Son olaraq Araik Harutyunyanın notariat xidməti ilə bağlı müraciətinin icra olunduğu və prosesin Milli Preventiv Qrupun üzvləri tərəfindən yerində müşahidə edildiyi bildirilib. Ombudsman Aparatı yayılan iddiaların həqiqəti əks etdirmədiyini və qərəzli siyasi məqsədlərə xidmət etdiyini açıqlayıb.
#Ombudsman Aparatı teqi istifadə olunub
- Özəl reabilitasiya mərkəzləri ilə bağlı inanılmaz faktlar
- Suriyadan Azərbaycana qaytarılan qadın və 6 uşağın vəziyyəti barədə açıqlama
- Hava limanında monitorinq | Ombudsmandan taksi xidməti ilə bağlı yeni tarifə reaksiya
- Bakıda saxlanılan rusiyalılardan xəbər | Məsələ Ombudsmanın diqqətində saxlanılır
- Ombudsman Aparatından beynəlxalq təşkilatlara çağırış
