Günlərdir Bərdədə gözləyən yardım avtomobili Xankəndiyə yola düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 9-dan Bərdədə gözləyən Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Xankəndiyə göndərdiyi yük avtomobili artıq yola düşüb.
Ərzaq yüklü avtomobil Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilir. Əslində yük avtomobili sentyabrın 10-da Xankəndiyə çatmalı idi.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, ölkəmizin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə ərzaq və qeyri-ərzaq məhsulları çatdırılmalıdır. Yük avtomobili sentyabrın 9-u 14:30 radələrində Samur buraxılış məntəqəsindən ölkəmizə daxil olub.
3 günə yaxındır Bərdədə gözləyən yük avtomobili artıq Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndiyə istiqamətlənib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
