Pleyeri seçin:

Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi - HƏRBİ XRONİKA

20 may 2026 456 baxış

“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında 2018-ci ilin mayında Naxçıvan istiqamətində baş vermiş Günnüt əməliyyatının strateji əhəmiyyəti və Azərbaycan Ordusunun müasir hərbi hazırlığı diqqətə çatdırılıb.

Bildirilib ki, əməliyyatın əsas məqsədi düşməni qabaqcadan hərəkətlərindən çəkindirmək, Azərbaycanın faktiki nəzarətini bərpa etmək və strateji yüksəkliklər üzərində üstünlük qazanmaq olub.

Qeyd olunub ki, əməliyyat minimal itki ilə həyata keçirilib və Əlahiddə Ümumqoşun Ordusu mürəkkəb dağ relyefi və yüksək məxfilik şəraitində qısa müddətdə əsas taktiki hədəflərə nail olub. Döyüş zamanı mühəndis-istehkam tədbirləri qazanılmış mövqelərin uzunmüddətli strateji üstünlüyə çevrilməsini təmin edib, Arpaçay su anbarının təhlükəsizliyi gücləndirilib, həmçinin Dərələyəz istiqamətində kritik kommunikasiya xətləri Azərbaycan Ordusunun vizual müşahidəsi altında qalıb.

Rubrikada vurğulanıb ki, Günnüt əməliyyatı yalnız taktiki uğurla məhdudlaşmayıb, həm də Ordunun real döyüş potensialını təsdiqləyib, qarşı tərəfə psixoloji üstünlük verib və Azərbaycan Silahlı Qüvvələrinin təşəbbüsü ələ alma qabiliyyətini nümayiş etdirib. Əməliyyatda əldə olunan təcrübə sonradan 44 günlük Vətən müharibəsində geniş miqyasda tətbiq olunub və Ordunun yüksək peşəkarlığı ilə birlikdə dövlətin siyasi iradəsinin real təzahürü olub.

Sonda qeyd olunub ki, bu tədbirlər Azərbaycan Ordusunun daimi inkişafını təmin etməklə yanaşı, onun etibarlı çəkindirici güc kimi mövqeyini möhkəmləndirir və ölkənin təhlükəsizliyinin etibarlı təminatına çevrilir.

Banner

#Günnüt əməliyyatı teqi istifadə olunub

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 456 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 456 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 456 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 456 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 456 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 456 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 456 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 456 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 456 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 456 baxış
Seçilmişlər
icon