Gürcü ekspert prezident seçkilərinin regiona təsirindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan üçün qarşıdan gələn prezident seçkiləri vacibdir. Çünki seçkilər müstəqillik əldə edildikdən sonra ilk dəfə bütün ölkə ərazisində baş tutacaq”.
Bu fikirləri secki-2024.az saytına gürcü ekspert, siyasi elmlər doktoru Soso Mancavidze bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstan və ümumilikdə region üçün əhəmiyyəti həddindən artıq böyükdür.
“Gürcüstan üçün bu nümunə onun ərazi bütövlüyünün bərpasına olan ümidləri gücləndirir. Region üçün isə bu, sülh və firavanlıq perspektividir. Azərbaycan xalqına uğurlu prezident seçkiləri arzu edirəm. Bu seçkiləri, həqiqətən də, tarixi adlandırmaq olar", – S.Mancavidze fikrini yekunlaşdırıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
