Hamıdan gizlədilən xəbərin ifşası | Erməni konsulla bağlı nələr iddia olunur?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan diplomatik korpusunda böyük qalmaqal – Avstriyadakı konsul Aşxen Aleksanyan Azərbaycana casusluqda şübhəli bilinərək saxlanılıb.
Ermənistan mediasının yazdığına görə, hadisə təxminən iki ay əvvəl baş verib, amma rəsmi qurumlar bunu gizlətməyə çalışıblar.
Aleksanyan İrəvana qayıdarkən hava limanında həbs olunub. Onun üzərində Azərbaycan üçün casusluq şübhəsi doğuran sənədlər aşkarlanıb. Bundan sonra Milli Təhlükəsizlik Xidməti Ermənistan Xarici İşlər Nazirliyində axtarış aparıb, kompüterlər və sənədlər incələnib. Amma həbslə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib. Çünki bu hadisə diplomatik korpus üçün böyük bir nüfuz zərbəsinə çevrilə bilərdi.
Maraqlıdır ki, yüksək vəzifələrə təyinatdan əvvəl Milli Təhlükəsizlik Xidməti həmin şəxslərin keçmişini və əlaqələrini ciddi yoxlayır. Bu dəfə ya səhvə yol verilib, ya da kimlərsə müəyyən məqamları bilərəkdən görməzdən gəlib.
Üstəlik, hadisənin üstünü örtmək üçün Aleksanyan barədə bütün məlumatlar açıq mənbələrdən, hətta rəsmi təyinat xəbərlərindən belə silinib.
Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşlarından biri isə deyir ki, Aşxeni yaxşı tanıyır: əvvəl mülki qulluqçu kimi işləyib, sonra konsulluq şöbəsinə keçərək diplomat statusu qazanıb.
Amma bundan sonra onun fəaliyyəti barədə heç bir məlumat olmayıb.
Beləliklə, Ermənistan diplomatik korpusunda baş verən bu gizli həbsetmə həm sistemdəki ciddi boşluqları, həm də hakimiyyətin ictimaiyyətdən faktları gizlətmək cəhdlərini üzə çıxarır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
