Hansı ərazilər Azərbaycana veriləcək, hansı Ermənistanda qalacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan-Azərbaycan sərhədində Ermənistana məxsus olan hər bir şey bizdə qalacaq, bizim olmayan isə Azərbaycana qaytarılacaq”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
O, çıxışında Qazax rayonu istiqamətini əhatə edən delimitasiya və demarkasiya xəritəsini nümayiş etdirib. Sənəddə yaşıl rənglə erməni kəndləri, qırmızı rənglə Azərbaycana məxsus kəndlər qeyd olunub.
Sarı xətlə isə iki ölkənin sərhədi göstərilib. Bununla da Simonyan təsdiq edib ki, son həftələrdə adı çəkilən 4 kənd Azərbaycan ərazisində yerləşir.
Spiker Ermənistan mətbuatında yayılan xəbərlərə də münasibət bildirib.
“Son zamanlar mediada elə məlumatlar yayılıb ki, guya hakimiyyət bizə aid olan bəzi kəndləri də Azərbaycana verəcək. Belə bir şey yoxdur. Bu tipli xəbərlər məqsədli şəkildə, Ermənistanda hansısa daxili siyasi prosesləri başlatmaq üçün təxribat məqsədilə edilir”, – deyə spiker çıxışında qeyd edib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
