Pleyeri seçin:

Hayların Göyçə gölü sahilində yerləşmə sirri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

13 mart 2024 507 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində gəlmə ermənilərin məskunlaşdırılması ilə ərazisi zəbt edilən Kəvər rayonu haqqında süjet hazırlanıb.

“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” adlı süjetdə tarixə etdikləri saxta müdaxiləni hər zaman böyük siyasət kimi qələmə verən ermənilərin əsl mahiyyətinin təxribatçılıq, işğalçılıq və vəhşilik olduğu, hayların oğuz türklərinə məxsus ərazilərdə “köçürmə” adı ilə törətdiyi hadisələrdən bəhs olunub.

Bildirilib ki, indiki Ermənistanda, İrəvan xanlığının Göyçə mahalının ərazisində yerləşən Kəvər rayonu erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər türk tayfasının adı ilə bağlıdır:

“Kəvər rayonunda ulu keçmişimizin bir parçası olan Nərədüz abidə kompleksi mövcuddur və bura qədimdən türk-oğuz boylarının, Qafqaz albanlarının Vətəni olub. Kəvər ərazisinə 1829-1830-cu ildə Türkiyədən 2 560 erməni köçürülüb. Hayların Göyçə gölü sahilində yerləşməsi nəticəsində bu oğuz yurdu müxtəlif vaxtlarda Yeni Bayazid adlandırılıb”.

Qeyd olunub ki, rəsmən 1930-cu il sentyabrın doqquzunda yaradılan Kəvər rayonu 1938-ci ildən Yeni Bayazid, yəni Nor Bayazid adını daşıyıb və respublika tabeli şəhər statusu alıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bayazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür.

Diqqətə çatdırılıb ki, 1948-1951-ci illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti məcburən Azərbaycana köçürülüb:

“1988-ci ildə rayon mərkəzinin, eləcə də qədim kəndlərin yerli sakinləri olan azərbaycanlılar tamamilə qovulublar. Hazırda yalnız ermənilərin yaşadığı bu ərazilərdən oğuz türkləri didərgin salındıqdan sonra yer-yurd adlarının saxtalaşdırılmasına başlanılıb və rayon üzrə mərhələli şəkildə 15 tarixi yer adı dəyişdirilib.

Nəhayət, Ermənistan parlamentinin 1995-ci il yeddi noyabr tarixli qərarı ilə mərkəzi Kəvər, yəni Qavar olan Geqarkunik mərzliyi yaradılıb. Mərzliyə Kəvər, yəni Kamo, Çəmbərək, yəni Krasnoselo, Basarkeçər, yəni Vardenis, Aşağı Qaranlıq, yəni Martuni rayonları, eləcə də Sevan şəhəri daxil edilib”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 507 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 507 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 507 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 507 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 507 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 507 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 507 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 507 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 507 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 507 baxış
Seçilmişlər
icon