Hazırda ölkəmizdə bu istiqamətdə işlər gedir | Muxtar Babayev
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkədə bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması və yaşıl enerji texnologiyalarının inkişafı istiqamətində ciddi addımlar atılır”.
Bu sözləri Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, 2030-cu ilə qədər bərpa olunan enerji 30%-ə çatacaq: “Abşeron və digər bölgələrdə günəş və külək stansiyalarının qurulması bu sahədə səylərimizin göstəricisidir. Eyni zamanda nəqliyyat sektorunda elektromobillərdən istifadə, sənayenin ekoloji təmiz inkişafı, meşələrin bərpası və torpaq deqradasiyasına qarşı tədbirlər iqlim dəyişikliyi ilə mübarizənin əsas istiqamətlərindəndir”.
#Muxtar Babayev teqi istifadə olunub
- Tədbirdə qlobal iqlim fəaliyyətində gənclərin rolundan danışıldı - Baku TV
- “Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV
- “Azərbaycanın çox ambisiyalı enerji planları var” | Muxtar Babayev
- "Bu, trilyonlarla dollar investisiyadır" | Muxtar Babayev tarixi nailiyyətdən danışdı
- Muxtar Babayev su qıtlığından danışdı
