Pleyeri seçin:

“Həkim ehtiyatı axtarırıq, amma hazır resursdan istifadə edə bilmirik”

25 noyabr 2025 524 baxış

“Son aylarda yüzlərlə vətəndaşımızın, xüsusilə də Rusiyada və digər MDB ölkələrində tibbi təhsil və klinik ixtisaslaşma almış azərbaycanlı həkimlərin müraciətləri artmaqdadır. Söhbət bir mühüm problemdən – xaricdə, xüsusilə MDB məkanında alınmış klinik ixtisasların ölkəmizdə tanınması mexanizminin faktiki olaraq dayanmasından gedir”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, yeni rezidentura proqramının tətbiqindən sonra bu qrup həkimlərin Azərbaycanda fəaliyyətə başlaması çox çətinləşib və bəzən tam qeyri-mümkün vəziyyətə düşüb:

“İlkin baxışda bu mövzu texniki məsələ kimi görünə bilər, lakin əslində bu həm insani hüquqlara, həm ölkəmizin səhiyyə ehtiyaclarına, həm də hüquqi öhdəliklərə toxunur.

Həmin həkimlər bizim vətəndaşlarımızdır, əslən azərbaycanlılardır, Azərbaycan dilini bilirlər və ölkələrində xidmət göstərmək istəyirlər. Onların böyük bir hissəsi yüksəksəviyyəli klinikalarda təhsil alıb, işləyib və bu gün sadəcə öz peşələrini vətənlərində icra etmək istəyirlər”.

Deputat vurğulayıb ki, bu gün Avropanın bir çox ölkələri dünyanın müxtəlif yerlərində təhsil almış həkimləri eləcə də azərbaycanlı həkimləri sadəcə test, imtahan, təcrübə və adaptasiya mərhələlərindən keçirərək sistemə daxil edir:

“Heç bir ölkə belə resursu geri çevirmir. Əksinə, xüsusilə kadr çatışmayan sahələrdə bu modeldən aktiv istifadə olunur”.

Banner
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 524 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 524 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 524 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 524 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 524 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 524 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 524 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 524 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 524 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 524 baxış
Seçilmişlər
icon