Pleyeri seçin:

Hər il Solovyova 60 milyon dollara qədər büdcə ayrılır | Turan İbrahimov

27 mart 2024 489 baxış

Rusiya mediasında anti-Azərbaycan siyasətini təbliğ edən sanki mütəşəkkil bir dəstə fəaliyyət göstərir. Hansı ki bu dəstə eyni mərkəzdən idarə edilir və maliyyələşdirilir. Onların sırası genişdir – Solovyov, Simonyan, Qabrielyanov və başqaları.

Azərbaycana qarşı nifrət püskürmək üçün isə onlar öz aralarında sanki yarışa girirlər. Çünki işin ucunda maliyyə var. İdeoloji verilişlərdə həvəslə Azərbaycanı tənqid edir, nədəsə ittiham etmək üçün süni səbəblər yaradır, nağıllar uydururlar.

Baku TV-nin departament rəhbəri Turan İbrahimov mövzu ilə bağlı bildirib ki, istər Simonyan, istərsə də Solovyov dövlətin ən əsas ideoloji xəttini aparırlar: “Bu yaxınlarda Rusiyanın nüfuzlu media resurslarında dolayı yolla bir məlumat yayıldı və bildirildi ki, Solovyova hər il hazırkı fəaliyyətini yerinə yetirməsi üçün 60 milyon dollara qədər büdcə ayrılır. Bu da onu göstərir ki, Solovyovun fəaliyyəti dövlət tərəfindən koordinasiya olunur”.

Solovyov və digərlərinin məqsədi onlardan pulunu əsirgəməyən erməni ağalarına, əsasən də öz cinayətkarlığı ilə ad çıxarmış Samvel Karapetyana yarınmaqdır. Söhbət “Rusiyanın ən zəngin ermənisi”, “Taşir” Holdinqin rəhbəri Karapetyandan gedir. Rusiyanın mineral ehtiyatlarını istismar edən, Gürcüstanın enerji sektorunu ələ keçirən, Robert Koçaryanın dostu olan, onu pul ödəyərək həbsdən azad edən bu terror sponsorunun Azərbaycana qarşı etdiyi cinayətlərə görə ölkəmizdə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi də başlanılıb.

Karepetyanın Rusiyada yemlədiyi “ideoloq”lar arasında səsi ən çox gur çıxan isə Vladimir Solovyovdur. O, əlinə hər fürsət düşdükcə, daha doğrusu, cibi boşaldıqca ermənilərə xoş görünmək üçün öz verilişlərində Azərbaycan əleyhinə mövzuları müzakirəyə çıxarır, iki ölkənin münasibətlərinə xələl gətirə biləcək təxribatçı fikirlər səsləndirir.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 489 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 489 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 489 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 489 baxış
Seçilmişlər
icon