Hərbi helikopter qəzaya uğradı | Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanda hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, Aktobe vilayətinin Marktuk rayonu ərazisində təlim-məşq uçuşları zamanı helikopter sərt eniş nəticəsində qəzaya uğrayıb.
“Mİ-8” hərbi helikopterinin Qazaxıstan Hərbi Hava Qüvvələrinə aid olduğu, üç ekipaj üzvündən birinin həlak olduğu bildirilir.
Baş verən hadisə ilə bağlı Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov qazaxıstanlı həmkarı Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Başsağlığında deyilir: “Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Allah rəhmət eləsin”.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
