Hikmət Hacıyev Delfin Pronkla görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi ‒ Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb.
Bu barədə məlumatı Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşıb.
"Brüsseldə biz Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair əsaslı müzakirələr apardıq. Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronka minnətdaram.
Mən Komitəyə Azərbaycanın regionda irəli sürdüyü sülh gündəliyi, o cümlədən sülhün iqtisadi faydaları, Zəngəzur dəhlizinin inkişafı və etimad quruculuğu tədbirləri barədə məlumat verdim. Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızı və tərəfdaşlığımızı gücləndirmək üçün gələcək addımları tam dəstəklədiklərini ifadə etdiklərinə görə təşəkkür edirəm", ‒ deyə H.Hacıyev yazıb.
#Zəngəzur dəhlizi teqi istifadə olunub
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
- "Bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu" | Prezident - Baku TV
- "Hədəfimizə çox yaxınlaşmışıq" | Prezident Naxçıvandan hansı mühüm mesajları verdi? - Baku TV
- "Azərbaycandan İrana 2-ci dəmir yolu xətti açılacaq" | Prezident - Baku TV
