Hikmət Hacıyevdən Aİ missiyasına sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına aydınlıq gətirməsini gözləyir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlin görüşündən sonra həll edilməli olan açıq suallar hələ də qalır:
“Azərbaycanın gündəliyində Ermənistanla sülh sazişinin imzalanması istiqamətində irəliləyişə nail olmaq var”.
O əlavə edib ki, sülh müqaviləsi yalnız sülh müqaviləsi naminə bağlanmamalıdır: “Buna məsuliyyətlə yanaşılmalı, sülhlə bağlı real və səmimi niyyətlər olmalıdır. Bu baxımdan Azərbaycan sülh müqaviləsinin ikitərəfli komponentinə də diqqət yetirir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, sülh nə Parisin, nə Brüsselin, nə də başqa yerin deyil, Bakı və İrəvanın əlindədir: “İki ölkə bir-biri ilə razılığa gəlməli və sülh gündəmini irəli sürməlidir”.
H.Hacıyev söyləyib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi həllini tapmalıdır:
“Ermənistanla Azərbaycan arasında sərhəd qarşıdurma xətti deyil, real sərhəd olmalıdır. Bu baxımdan bizim Aİ-nin Ermənistandakı missiyasına müəyyən suallarımız var. Bundan başqa, militarizasiya proqramları və silahlanma yarışları təşviq edilməməlidir”.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən 30 il ərzində Gürcüstanla çox səmərəli regional əməkdaşlıq modeli qurmaq mümkün olub və Ermənistan da bundan faydalana bilər.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
