Hikmət Hacıyevdən Çin kanalına müsahibədə mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Çinlə Azərbaycan arasında əlaqələr Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri həmişə yaxşı olub və bundan sonra da bu münasibətlər yüksələn istiqamətdə inkişaf edəcək”.
Bunu Çinin yerli telekanalına müsahibəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, Azərbaycanın “vahid Çin” siyasətini dəstəklədiyini diqqətə çatdıraraq ölkəmizin Çinlə bütün sahələrdə əməkdaşlığa qətiyyətlə sadiqliyini xüsusi vurğulayıb.
Hikmət Hacıyevin sözlərinə görə, bir çox sahələrdə, o cümlədən mədəni, humanitar və beynəlxalq institutlarla əməkdaşlıqda Çin və Azərbaycanın baxışları üst-üstə düşür.
“Ənənəvi əlaqələrə, əməkdaşlığa və dostluğa əsaslanaraq biz bu münasibətlərin davamını gözləyirik”, – deyə Prezidentin köməkçisi bildirib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
