Pleyeri seçin:

II Qlobal Media Forumunun açılış mərasimində dövlət başçımızın çıxışı dünyada əks-səda doğurdu

29 iyul 2024 368 baxış

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Rusiyanın TASS informasiya agentliyi Prezident İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Avropaya qaz təchizatı ilə bağlı bu fikrini sitat olaraq gətirib:

“Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən onlar bunu maliyyələşdirmirlər”.

Türkiyənin “Haberler.com” saytı isə Azərbaycan Prezidentinin İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərinə diqqət çəkib.

Məqalədə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından 2 dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb.

Gürcüstanın “Aktual.ge” nəşri “İlham Əliyev: “Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də qələbəmizi heç zaman unutmayacağıq” başlıqlı xəbər dərc edib.

Məqalədə dövlət başçısının xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb.

Mənbə Prezident İlham Əliyevin bu fikrini sitat gətirib: “Biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək”.

Böyük Britaniyanın “Reuters” xəbər portalı “Azərbaycan Prezidenti Fransa ərazilərinin müstəqilliyini təmin etməkdə kömək edəcəyinə söz verib” başlıqlı məqalə dərc edib.

Xəbərdə vurğulanıb ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduqlarını deyib.

ABŞ, Ermənistan və Azərbaycanın Sülh Sammitinin ildönümü barədə bəyanatı "Haber Global"da - Baku TV

ABŞ, Ermənistan və Azərbaycanın Sülh Sammitinin ildönümü barədə bəyanatı "Haber Global"da - Baku TV

Siyasət
11 avqust 2026 368 baxış
Sülh Sammitinin ildönümü | Bölgəni hansı yeni mərhələ gözləyir? - Baku TV

Sülh Sammitinin ildönümü | Bölgəni hansı yeni mərhələ gözləyir? - Baku TV

Siyasət
11 avqust 2026 368 baxış
Azərbaycan və Litva arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

Azərbaycan və Litva arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

Siyasət
10 avqust 2026 368 baxış
Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV

Siyasət
10 avqust 2026 368 baxış
Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Siyasət
10 avqust 2026 368 baxış
"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

Siyasət
10 avqust 2026 368 baxış
İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

Siyasət
10 avqust 2026 368 baxış
İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
10 avqust 2026 368 baxış
"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

Siyasət
10 avqust 2026 368 baxış
Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 368 baxış
Seçilmişlər
icon