III MDB Oyunlarının Azərbaycan üzrə Təşkilat Komitəsi yaradıldı | Prezidentdən sərəncam
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
III MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara gəlinib ki, həmin ilin oktyabrında sözügedən oyunların keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılsın.
Sərəncama əsasən, Təşkilat Komitəsinin sədri gənclər və idman naziri təyin edilib.
Qeyd edək ki, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında qəbul edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
