Pleyeri seçin:

İl ərzində 3-cü görüş və nəticələri | Ekspertlərdən açıqlama

20 avqust 2024 381 baxış

Rusiya Prezidentinin Azərbaycana gerçəkləşdirdiyi dövlət səfəri 2024-cü ildə Prezident İlham Əliyevlə 3-cü görüşü idi.

İki lider bu il ərzində iki dəfə – bir dəfə Moskvada, bir dəfə isə Astanada beynəlxalq tədbir çərçivəsində görüşmüşdü.

Vladimir Putinin Azərbaycana olan dövlət səfərini 2022-ci ildə imzalanmış “Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin müddəaları xüsusi əhəmiyyətli edir. Bəyannamədə regional təhlükəsizliklə bağlı yer alan məsələlər hər iki ölkə üçün bu görüşdə də aktual olub.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, Azərbaycan və Rusiya münasibətləri bərabərhüquqlu ölkələrin münasibətləridir:

“Azərbaycan və Rusiya həm Qafqaz, həm də Xəzəryanı ölkələridir. Hər iki regionda təhlükəsizliyin olması və xaricdən olan müdaxilələrin minimuma endirilməsi həm Azərbaycanın, həm də Rusiyanın marağındadır. Çünki kənar təsirlər, müxtəlif coğrafiyalarda cərəyan edən mənfi proseslər onu göstərir ki, ölkələrin xalqlarına yaxşı bir şey vəd etmir”.

Rusiya Prezidentinin səfəri zamanı özü ilə geniş nümayəndə heyətini gətirməsi müxtəlif istiqamətlər, o cümlədən iqtisadi məsələlərin də diqqət mərkəzində olduğunu göstərib. Ümumi baxdıqda ötən il iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollardan çox olub.

Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin daha da şaxələndirilməsi üçün əlavə real imkanlar da açılır. Məsələn, Azərbaycanın sürətlə inkişaf edən 5 ölkədən ibarət qrupun – BRICS-in toplantısına dəvət olunması imkanların daha da geniş spektrdə dəyərləndirilməsinə imkan yaradacaq.

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

Siyasət
24 iyun 2026 381 baxış
BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

Siyasət
24 iyun 2026 381 baxış
Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 iyun 2026 381 baxış
Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Siyasət
24 iyun 2026 381 baxış
Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Siyasət
24 iyun 2026 381 baxış
Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Siyasət
24 iyun 2026 381 baxış
Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Siyasət
24 iyun 2026 381 baxış
Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Siyasət
24 iyun 2026 381 baxış
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Siyasət
23 iyun 2026 381 baxış
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Siyasət
23 iyun 2026 381 baxış
Seçilmişlər
icon