Pleyeri seçin:

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

01 iyun 2026 351 baxış

Prezident İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən sərgilərin və "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirib.

ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirib, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxunub, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğulayıb.

Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirilib.

Dövlət başçısı "Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxunub.

Söhbət zamanı "Bakı Enerji Həftəsi"nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulanıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Banner
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 351 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 351 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 351 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 351 baxış
Seçilmişlər
icon