Pleyeri seçin:

İlham Əliyev Ağdamda bir sıra obyektlərin açılışında iştirak etdi

18 iyul 2025 539 baxış

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında “Tabaterra” MMC-nin tütün məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bu müəssisəyə 58 milyon manat investisiya qoyulub, 400 nəfər işlə təmin olunub. Şirkət yerli və beynəlxalq brendlər üzrə 120-dən artıq məhsul istehsal edir və məhsullarını bir neçə ölkəyə ixrac edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentə Ağdam Sənaye Parkı haqqında məlumat verib. 190 hektar ərazidə qurulan parkda indiyə qədər 121 milyon manatdan çox sərmayə yatırılıb, 650-dən çox daimi iş yeri yaradılıb. Parkın yaradılmasının əsas məqsədi Qarabağda sənaye və məşğulluğun inkişafıdır.

Prezident daha sonra Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin açılışını edib. Bu müasir təhsil ocağı STEAM mərkəzi, laboratoriyalar, kitabxana, yeməkxana, idman və akt zalları ilə təchiz olunub və “Böyük Qayıdış” proqramı çərçivəsində inşa edilib.

Sonra Prezident 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün tam şərait yaradılıb – yataq, oyun, musiqi və idman otaqları ilə təchiz olunub.

Dövlət başçısı daha sonra Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Məscid işğal dövründə ciddi dağıntılara məruz qalıb, hətta mal-qara tövləsi kimi istifadə olunub. 2022-ci ildən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Bərpa zamanı məscidin ilkin görkəmi qorunaraq arxiv materiallarından istifadə edilib, günbəzlər və minarələr yenidən inşa olunub. İnteryerin və fasadın bərpası zamanı xüsusi texnologiyalar tətbiq edilib. 

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 539 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 539 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 539 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 539 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 539 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 539 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 539 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 539 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 539 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 539 baxış
Seçilmişlər
icon