Pleyeri seçin:

İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Baku TV

13 yanvar 2026 324 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına Ağdərənin Baş planı barədə məlumat verib.

Bildirilib ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.

Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və az sıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.

Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır.

Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib. 

Afrikada vəziyyət pisləşir: Qitə ikiyə ayrılacaq? | SEPAH ABŞ-yə ultimatum verdi - YENİ BİR SƏHƏR

Afrikada vəziyyət pisləşir: Qitə ikiyə ayrılacaq? | SEPAH ABŞ-yə ultimatum verdi - YENİ BİR SƏHƏR

Siyasət
04 may 2026 324 baxış
Neft bazarında yeni oyunlar | ABŞ OPEK və Rusiya ilə bağlı planını reallaşdırır? - YEKUNLAŞDIRAQ

Neft bazarında yeni oyunlar | ABŞ OPEK və Rusiya ilə bağlı planını reallaşdırır? - YEKUNLAŞDIRAQ

Siyasət
03 may 2026 324 baxış
Prezident İlham Əliyev Polşalı həmkarını təbrik edib - Baku TV

Prezident İlham Əliyev Polşalı həmkarını təbrik edib - Baku TV

Siyasət
03 may 2026 324 baxış
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndərilir - Baku TV

Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndərilir - Baku TV

Siyasət
03 may 2026 324 baxış
Emi Karlondan ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı paylaşım - Baku TV

Emi Karlondan ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı paylaşım - Baku TV

Siyasət
03 may 2026 324 baxış
Anti-Azərbaycan qətnamələrinə sərt cavab verildi - Baku TV

Anti-Azərbaycan qətnamələrinə sərt cavab verildi - Baku TV

Siyasət
02 may 2026 324 baxış
Rusiya Çinə qarşı: İranı Pakistandakı sülh masasından uzaqlaşdırır? - AKTUAL GÜNDƏM

Rusiya Çinə qarşı: İranı Pakistandakı sülh masasından uzaqlaşdırır? - AKTUAL GÜNDƏM

Siyasət
02 may 2026 324 baxış
Özbəkistan səfiri Qarabağla bağlı təəssüratını bölüşdü - Baku TV

Özbəkistan səfiri Qarabağla bağlı təəssüratını bölüşdü - Baku TV

Siyasət
02 may 2026 324 baxış
Moldova səfiri Aleksandr Esaulenko bərpa-quruculuq işini yüksək qiymətləndirib - Baku TV

Moldova səfiri Aleksandr Esaulenko bərpa-quruculuq işini yüksək qiymətləndirib - Baku TV

Siyasət
02 may 2026 324 baxış
Azərbaycan və Türkiyə hərbi pilotları birgə uçuşlar həyata keçirib

Azərbaycan və Türkiyə hərbi pilotları birgə uçuşlar həyata keçirib

Siyasət
02 may 2026 324 baxış
Seçilmişlər
icon