Pleyeri seçin:

İlham Əliyev AIPAC prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidentini qəbul etdi

11 dekabr 2024 127 baxış

Prezident İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin sədri Maykl Tuçin və Komitənin yeni seçilən prezidenti Bernard Kaminetskini qəbul edib.

Qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlət başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıblar.

Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə İlham Əliyevə təşəkkür ediblər.

Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını deyiblər və qeyd ediblər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılan nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir.

Maykl Tuçin və Bernard Kaminetski həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Dövlət başçısı da öz növbəsində qeyd edib ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub.

İlham Əliyev vurğulayıb ki, bütün bunlar eyni zamanda Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.

Dövlət başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nizə və ox ucları ilə oxunan Azərbaycan tarixi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Nizə və ox ucları ilə oxunan Azərbaycan tarixi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
24 yanvar 2026 127 baxış
Qəzza sülh planı və bütöv Suriya dövlətini nə birləşdirir? | ANALİTİK BAXIŞ

Qəzza sülh planı və bütöv Suriya dövlətini nə birləşdirir? | ANALİTİK BAXIŞ

Siyasət
24 yanvar 2026 127 baxış
Azərbaycanın sülh strategiyası bütün dünyaya nümunə göstərildi - Baku TV

Azərbaycanın sülh strategiyası bütün dünyaya nümunə göstərildi - Baku TV

Siyasət
24 yanvar 2026 127 baxış
ABŞ Prezidenti Donald Tramp İlham Əliyevə təşəkkür edib - Baku TV

ABŞ Prezidenti Donald Tramp İlham Əliyevə təşəkkür edib - Baku TV

Siyasət
24 yanvar 2026 127 baxış
Moskva ilə nələr müzakirə olundu? | Danışıqlar 3,5 saat davam edib - Baku TV

Moskva ilə nələr müzakirə olundu? | Danışıqlar 3,5 saat davam edib - Baku TV

Siyasət
24 yanvar 2026 127 baxış
Avropa liderləri brifinq keçiriblər - Baku TV

Avropa liderləri brifinq keçiriblər - Baku TV

Siyasət
24 yanvar 2026 127 baxış
“Üzvlük haqqını ödəyən ilk ölkələr sırasındadır” - Baku TV

“Üzvlük haqqını ödəyən ilk ölkələr sırasındadır” - Baku TV

Siyasət
24 yanvar 2026 127 baxış
İran XİN Ağbənd-Kəlalə körpüsünün istifadəyə veriləcəyi tarixi açıqladı - Baku TV

İran XİN Ağbənd-Kəlalə körpüsünün istifadəyə veriləcəyi tarixi açıqladı - Baku TV

Siyasət
23 yanvar 2026 127 baxış
"Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
23 yanvar 2026 127 baxış
"İlham Əliyev Davosda regionun maraqlarını təmsil etdi" - Gürcü politoloqlardan açıqlama - Baku TV

"İlham Əliyev Davosda regionun maraqlarını təmsil etdi" - Gürcü politoloqlardan açıqlama - Baku TV

Siyasət
23 yanvar 2026 127 baxış
Seçilmişlər
icon