Pleyeri seçin:

İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi | Nələr müzakirə edildi?

14 noyabr 2025 447 baxış

Prezident İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunulub, birgə layihələrin uğurlu icrası qeyd edilib.

1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin ayrıldığı vurğulanıb.

Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olunub. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunulub.

Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı bildirilib.

Görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edilib. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunulub, bu xüsusda dəmir yolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV

İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV

Siyasət
24 avqust 2026 447 baxış
Buxaranın sənət xəzinəsi | Leyla Əliyeva Biennalesinin əsərləri ilə tanış olub - Baku TV

Buxaranın sənət xəzinəsi | Leyla Əliyeva Biennalesinin əsərləri ilə tanış olub - Baku TV

Siyasət
24 avqust 2026 447 baxış
Paşinyan Qarabağla bağlı keçmiş yanaşmanın Ermənistanı pis vəziyyətə saldığını dedi - Baku TV CANLI

Paşinyan Qarabağla bağlı keçmiş yanaşmanın Ermənistanı pis vəziyyətə saldığını dedi - Baku TV CANLI

Siyasət
24 avqust 2026 447 baxış
İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV

İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV

Siyasət
24 avqust 2026 447 baxış
Prezidentin sosial media hesablarında Buxaradan video paylaşılıb - Baku TV

Prezidentin sosial media hesablarında Buxaradan video paylaşılıb - Baku TV

Siyasət
24 avqust 2026 447 baxış
Azərbaycanın şərti qəbul edilir: Ermənistanda yeni dövr başlayır - AKTUAL GÜNDƏM

Azərbaycanın şərti qəbul edilir: Ermənistanda yeni dövr başlayır - AKTUAL GÜNDƏM

Siyasət
24 avqust 2026 447 baxış
Prezident və birinci xanım İsmayıl Samani türbəsi ilə tanış olublar - Baku TV

Prezident və birinci xanım İsmayıl Samani türbəsi ilə tanış olublar - Baku TV

Siyasət
24 avqust 2026 447 baxış
Prezident İlham Əliyev və birinci xanım "Ark" qalasında olublar - Baku TV

Prezident İlham Əliyev və birinci xanım "Ark" qalasında olublar - Baku TV

Siyasət
24 avqust 2026 447 baxış
Millət vəkili Prezidentin Özbəkistana uğurlu səfərindən danışdı

Millət vəkili Prezidentin Özbəkistana uğurlu səfərindən danışdı

Siyasət
24 avqust 2026 447 baxış
Buxarada UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan tarixi məkan - Baku TV

Buxarada UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan tarixi məkan - Baku TV

Siyasət
24 avqust 2026 447 baxış
Seçilmişlər
icon