İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı bu ilin yanvarında Davosda Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşü məmnunluqla xatırlanıb.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta Dəhliz istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, Bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənubi Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi qeyd olunub. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
