Pleyeri seçin:

İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul etdi

14 aprel 2025 565 baxış

Prezident İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.

Görüşdə dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edilib.

Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlət başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında layiqli əmək üzrə 2 proqramın uğurla icra olunduğunu xatırladaraq, hazırda "2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın layihəsi üzərində işlərin davam etdirildiyini deyib.

Jilber Hunqbo Azərbaycanın DOST konsepsiyası modelinin öyrənilməsinin əhəmiyyətinə toxunub, sosial sahədə həyata keçirilən islahatlarla bağlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğulayıb.

O, COP29 çərçivəsində ədalətli keçid üzrə səmərəli müzakirələrin aparıldığını deyib və bunun nəticəsi olaraq Avropa və Mərkəzi Asiya üzrə Regional İşçi Qrupunun yaradılmasını xüsusilə qeyd edib.

Jilber Hunqbo Beynəlxalq Əmək Təşkilatının sosial məsələlərlə bağlı ölkəmizin inkişaf prioritetlərinə dəstək verəcəyini bildirib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 565 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 565 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 565 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 565 baxış
Seçilmişlər
icon