İlham Əliyev bir sıra məhkəmələrə sədr və hakimlər təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb.
Sənədə əsasən, İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
Qeyd edək ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin, eləcə də 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.
Paytaxt Bakı üzrə isə Anar Vəzir oğlu Tanrıverdiyev Yasamal Rayon Məhkəməsinin hakimi və sədri, Lətifə Məhyəddin qızı Məmmədova Binəqədi Rayon Məhkəməsinin hakimi təyin olunub.
Onu da qeyd edək ki, yeni məhkəmə sədrlərindən ikisi xanımdır. Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
