Pleyeri seçin:

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvünü qəbul edib

01 mart 2023 171 baxış

Prezident İlham Əliyev martın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini qəbul edib.

Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi münasibətilə dövlət başçısını təbrik edən Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimi bu tədbirin xüsusi önəm daşıdığını bildirib.

Qonaq Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasiminin səfərinə və Birləşmiş Ərəb Əmirliklərinin sammitdə iştirakına görə minnətdarlığını bildirib. Dövlət başçısı Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu qeyd edib, iki ölkənin liderlərinin münasibətlərini xüsusi vurğulayıb.

Sammitin əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti ölkəmizin sədrlik dövründə Qoşulmama Hərəkatının təsisatlanması və beynəlxalq münasibətlər sistemində rolunun artırılması baxımından ciddi şəkildə fəaliyyət göstərdiyini deyib.

Görüşdə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb. Bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihənin əhəmiyyəti vurğulanıb. Turizm sahəsində əməkdaşlığın inkişaf etdiyi bildirilərək, qarşılıqlı turist səfərlərinin artmasının insanlar arasında təmaslara xidmət etdiyi qeyd olunub.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 171 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 171 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 171 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 171 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 171 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 171 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 171 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 171 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 171 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 171 baxış
Seçilmişlər
icon