Pleyeri seçin:

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - Baku TV

04 dekabr 2025 156 baxış

Prezident İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlət başçısına çatdırıb.

Lord Vernon Koaker iki ölkə arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb.

İkitərəfli münasibətlərin zəngin tarixinin olduğunu deyən dövlət başçısı iki ölkə arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb.

Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlət başçısını təbrik edib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğulayıb və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxunub. Dövlət başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev mühüm sərəncam imzaladı - Baku TV

Prezident İlham Əliyev mühüm sərəncam imzaladı - Baku TV

Siyasət
12 yanvar 2026 156 baxış
Prezident İlham Əliyev müşavirədə iştirak etdi

Prezident İlham Əliyev müşavirədə iştirak etdi

Siyasət
12 yanvar 2026 156 baxış
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

Siyasət
12 yanvar 2026 156 baxış
Baş nazirin müavini və ADSEA sədri Prezidentə icra olunan işlər barədə məlumat verdilər - Baku TV

Baş nazirin müavini və ADSEA sədri Prezidentə icra olunan işlər barədə məlumat verdilər - Baku TV

Siyasət
12 yanvar 2026 156 baxış
Gəncə-Qəbələ-Gəncə qatarı | Ukrayna yeni əməliyyatalara hazırlaşır? - YENİ BİR SƏHƏR

Gəncə-Qəbələ-Gəncə qatarı | Ukrayna yeni əməliyyatalara hazırlaşır? - YENİ BİR SƏHƏR

Siyasət
12 yanvar 2026 156 baxış
"NATO-nun sonu": Qrenlandiya planı | İranda iğtişaşlar | Bakı hansı yolu seçir? | YEKUNLAŞDIRAQ

"NATO-nun sonu": Qrenlandiya planı | İranda iğtişaşlar | Bakı hansı yolu seçir? | YEKUNLAŞDIRAQ

Siyasət
11 yanvar 2026 156 baxış
Moskva bəyanatı: yerinə yetirilməyən vədlər, ziddiyyətlər və dəyişən reallıqlar | QARABAĞ XRONİKASI

Moskva bəyanatı: yerinə yetirilməyən vədlər, ziddiyyətlər və dəyişən reallıqlar | QARABAĞ XRONİKASI

Siyasət
11 yanvar 2026 156 baxış
İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
10 yanvar 2026 156 baxış
Çin və Rusiya faktoru fonunda Hərbiləşən Türk birliyi realdırmı? | ANALİTİK BAXIŞ

Çin və Rusiya faktoru fonunda Hərbiləşən Türk birliyi realdırmı? | ANALİTİK BAXIŞ

Siyasət
10 yanvar 2026 156 baxış
Yanacaq idxalı uzunmüddətli proses kimi dəyərləndirilir - Baku TV

Yanacaq idxalı uzunmüddətli proses kimi dəyərləndirilir - Baku TV

Siyasət
10 yanvar 2026 156 baxış
Seçilmişlər
icon