Pleyeri seçin:

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul etdi

12 mart 2025 214 baxış

Prezident İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Migel Anxel Moratinos ilk növbədə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlət başçısına və Azərbaycan Respublikasına təşəkkürünü bildirib.

Ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycan Respublikasının Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxunub, ölkəmizin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib, təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bildirib.

Alyansın gündəliyində duran məsələlərin Azərbaycan Respublikasının siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan İlham Əliyev ölkəmizin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxunub.

Söhbət zamanı islamofobiyanın bu gün dünyanı narahat edən vacib mövzulardan biri olduğu qeyd edilərək bu xüsusda ölkəmizlə Alyans arasında əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

"Misilsiz rəşadət göstərdilər" | Nazir Prezidentin müraciətini gənclərə çatdırdı - Baku TV

"Misilsiz rəşadət göstərdilər" | Nazir Prezidentin müraciətini gənclərə çatdırdı - Baku TV

Siyasət
02 fevral 2026 214 baxış
Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Siyasət
02 fevral 2026 214 baxış
Prezidentin müraciəti oxundu | Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir - Baku TV

Prezidentin müraciəti oxundu | Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir - Baku TV

Siyasət
02 fevral 2026 214 baxış
“Gülüstan” sarayında gənclərin mükafatlandırılması mərasimi - Baku TV CANLI

“Gülüstan” sarayında gənclərin mükafatlandırılması mərasimi - Baku TV CANLI

Siyasət
02 fevral 2026 214 baxış
Fərid Qayıbov gənclərin mükafatlandırılması mərasimində - Baku TV

Fərid Qayıbov gənclərin mükafatlandırılması mərasimində - Baku TV

Siyasət
02 fevral 2026 214 baxış
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair mətbuat konfransı - Baku TV CANLI

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair mətbuat konfransı - Baku TV CANLI

Siyasət
02 fevral 2026 214 baxış
Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Siyasət
02 fevral 2026 214 baxış
Müasir savaşlarda həlledici an | Məcburetmə strategiyası və Qarabağ nümunəsi - QARABAĞ XRONİKASI

Müasir savaşlarda həlledici an | Məcburetmə strategiyası və Qarabağ nümunəsi - QARABAĞ XRONİKASI

Siyasət
01 fevral 2026 214 baxış
Ermənistana taxıl daşıyan yük qatarı Biləcəri stansiyasından yola düşdü - Baku TV

Ermənistana taxıl daşıyan yük qatarı Biləcəri stansiyasından yola düşdü - Baku TV

Siyasət
01 fevral 2026 214 baxış
Azərbaycandan Ermənistana növbəti taxıl tədarükü - Baku TV

Azərbaycandan Ermənistana növbəti taxıl tədarükü - Baku TV

Siyasət
01 fevral 2026 214 baxış
Seçilmişlər
icon