İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
Prezident İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.
Ölkəmizə səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib.
Səfir Azərbaycanın və Braziliyanın COP sahəsində də uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. Bernard Jorj Leopold de Qarsia Klinql səfir kimi ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyini deyib.
Görüşdə Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla aparıldığı qeyd edilib, hər iki dövlətin çoxtərəfli diplomatiyanı dəstəklədiyi xüsusilə vurğulanıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - Baku TV
- Prezident İlham Əliyev Omanın yeni səfiri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Kambocanın yeni səfiri Prezident İlham Əliyevin qəbulunda | Nələr müzakirə edildi? - Baku TV
- Prezident İlham Əliyev Azərbaycanda yeni təyin olunmuş səfirləri qəbul etdi - Baku TV
- "John Deere" nümayəndələri Azərbaycanda | Hörmüz boğazında kritik vəziyyət - YENİ BİR SƏHƏR
