İlham Əliyev bu şəxslərlə bağlı sərəncam imzaladı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Adış Məmmədovun Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Adış Məmmədov Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev həmçinin Mahir Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Niderland Krallığında Azərbaycanın yeni səfirinin adı da məlum olub. Dövlət başçısının Sərəncamı ilə Məmməd Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev həmçinin Yaşar Əliyevin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmasına dair Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Yaşar Əliyev Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev eyni zamanda Tofiq Musayevin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında da Sərəncam imzalayıb.
İndoneziyada Azərbaycanın yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifə Ramil Rzayevə tapşırılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
