İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik edib, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğulayıb.
O, Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib.
Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə məlumat verib.
Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd edib.
Söhbət zamanı Avropaya “yaşıl enerji”nin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb.
Sonra imzalanma mərasimi olub.
Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi”ni İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
