Pleyeri seçin:

İlham Əliyev “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - Baku TV

13 yanvar 2026 107 baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

Bildirilib ki, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.

"Dəmirli" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda "Dəmirli" mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul – mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.

1993-cü ildən Ermənistanın işğalı altında olan "Dəmirli" mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarıla bilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib.

Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025-2030-cu illəri əhatə edir. Bu müddətdə Çinə 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır.

İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.

Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfrasında çıxış edib - Baku TV

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfrasında çıxış edib - Baku TV

Siyasət
14 fevral 2026 107 baxış
Prezidentin Münxendə “Oracle” rəhbəri ilə görüşü

Prezidentin Münxendə “Oracle” rəhbəri ilə görüşü

Siyasət
13 fevral 2026 107 baxış
İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib - Baku TV

İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib - Baku TV

Siyasət
13 fevral 2026 107 baxış
İlham Əliyev Münxendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşdü - Baku TV

İlham Əliyev Münxendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşdü - Baku TV

Siyasət
13 fevral 2026 107 baxış
"1988-ci ildə əhali etiraz əlaməti olaraq Türkiyə sərhədinə toplaşdı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"1988-ci ildə əhali etiraz əlaməti olaraq Türkiyə sərhədinə toplaşdı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 fevral 2026 107 baxış
Prezident Münxendə Slovakiya Baş nazirinin müavini ilə nələri müzakirə etdi? - Baku TV

Prezident Münxendə Slovakiya Baş nazirinin müavini ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
13 fevral 2026 107 baxış
“Bakı və Ankara buna görə Paşinyanı dəstəkləyir” | Con Herbst 

“Bakı və Ankara buna görə Paşinyanı dəstəkləyir” | Con Herbst 

Siyasət
13 fevral 2026 107 baxış
İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşdü - Baku TV

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşdü - Baku TV

Siyasət
13 fevral 2026 107 baxış
İlham Əliyevin Münxendə Neçirvan Bərzani ilə görüşündən görüntülər - Baku TV

İlham Əliyevin Münxendə Neçirvan Bərzani ilə görüşündən görüntülər - Baku TV

Siyasət
13 fevral 2026 107 baxış
İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb - Baku TV

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb - Baku TV

Siyasət
13 fevral 2026 107 baxış
Seçilmişlər
icon