İlham Əliyev DSX-nin hərbi qulluqçuları ilə bağlı sərəncam imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, general-mayor Babək Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Nəbiyev və polkovnik Azər Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.
Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni, ikisi 3-cü dərəcəli “Rəşadət” ordeni, ikisi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, biri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin 11 hərbi qullluqçusu “Vətən uğrunda” medalı, ikisi “İgidliyə görə” medalı, 50 hərbi qulluqçusu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
