Pleyeri seçin:
İlham Əliyev Efiopiya Prezidenti ilə görüşdü
Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
Taye Atske Sellasiye COP29-un mükəmməl səviyyədə təşkil edildiyini deyib.
Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
“ASAN xidmət” təcrübəsinə toxunan dövlət başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu deyib.
Efiopiya Prezidenti dövlət başçısı İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
